Dağıstanın Kaspiysk şəhərində xüsusi tədbirlər keçirilir.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə danışıb.
“Kaspiyskdə xüsusi tədbirlər keçirilir. Lenin küçəsində yerləşən yaşayış binasının sakinləri təxliyə edilib”, - agentliyin həmsöhbəti bildirib. pizza hut
Sosial şəbəkələrdə yerli qruplarda sakinlər bildirirlər ki, naməlum şəxslər mənzillərdən birində barrikada quraraq, partlayışla hədələyirlər.
Kaspiyskdə yaşayış binasında axtarış aparılıb, orada əldəqayırma partlayıcı qurğunun olması barədə məlumat yoxlanılıb.
Regional hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, bina sakinləri təxliyə edilib.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva özünün "Telegram" kanalında bildirib ki, evdə barrikadada olan insanlarla bağlı məlumat həqiqətə uyğun deyil.
Telegram kanalımız