“Dağlıq Qarabağ münaqişəsi göstərdi ki...” -   Qazaxıstan Prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“Dağlıq Qarabağ münaqişəsi göstərdi ki...” - Qazaxıstan Prezidenti

Siyasət

18 Dekabr 2020 14:09 1033


“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı saziş mövcud böhranlı vəziyyətdə yeganə doğru verilmiş qərardır”.

Yenisabah.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O, bu tarixi sazişin regionda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcəyinə ümid etdiyini söyləyib: “Mahiyyətcə, postsovet məkanında münaqişə ocağı söndürülüb. Hansı ki, bu münaqişə ocağı MDB-də mövcud olduğu illər boyu siyasi atmosferi zəhərləyib. Bu çətin vaxtda dövlətlərimizin sıx əməkdaşlığı böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bəli, biz bir-birimizdən iqtisadi potensialımıza, tarixi dünya görüşümüzə görə fərqlənirik. Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, geosiyasi dünya görüşümüzə görə də bir-birimizdən fərqlənirik. Lakin başlıcası odur ki, ölkələrimizin xalqları sülh şəraitində yaşamağı arzu edir, bir-biri ilə dostluq etmək istəyir. Bu, Birlik ölkələrinin dövlət başlılarının üzərinə böyük məsuliyyət yükü qoyur. Əsas vəzifəmiz xalqlarımızı ayıra bilən vəziyyətə gətirib çıxarmağa imkan verməmək, xalqlarımızın əməkdaşlığının yollarını axtarıb tapmaqdır”. (APA) Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!