“Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin...”

saytların hazırlanması

Evə çatdırılma

“Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin...”

Siyasət

11 Yanvar 2021 21:27 1256


"Gözlənildiyi kimi, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana yazığı gəlir, o ancaq Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək sənədə imza ata bilər, başqasını biz qəbul edə bilmərik. Paşinyanın belə bir sənədi indiki vəziyyətində imzalanması ölkəsində onun siyasi fəaliyyətinin sonunu gətirər. Bunu isə hələ ki, Kreml istəmir. Moskva Paşinyana onun imzaladığı sənədləri yerinə yetirməsini istəyir".

Yenisabah.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhnəri, politoloq Elxan Şahinoğlu deyib.

"Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanat imzalandı. 4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir. Bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perpektivi dumanlıdır", - deyə politoloq qeyd edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!