ABŞ tezliklə Rusiya və Belarusdan daha 120 şirkəti yüksək texnologiyalardan uzaqlaşdırmaq üçün sanksiya siyahısına əlavə edəcək.
Yenisabah.az "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild bildirib.
O deyib: "Yaxın günlərdə Ticarət Nazirliyi sanksiyalar siyahısına Rusiya və Belarusdan daha 120 təşkilatı əlavə etməklə, Rusiyanın müdafiə, aerokosmik və dəniz sektorunun mövqelərini pisləşdirmək üçün əlavə tədbirlər görəcək". Sezar pizza
Keyt Bedinqfildin sözlərinə görə, siyahıya salınan şirkətlərin Qərb texnologiyasını əldə etmələrinə imkan verilməyəcək.
Telegram kanalımız