Daha bir kiberdələduz saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir kiberdələduz saxlanıldı

Kriminal

24 Yanvar 2025 09:47 176


Bakıda özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, 27 yaşlı Rüfət Şirəliyevdir.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü "Instagram" sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil edib. Toyuqlu pizza

O, Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub. Həmçinin, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!