Daha bir ölkə Rusiyaya icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkə Rusiyaya icazə verdi

Dünya

16 Avqust 2024 14:24 733


Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər. 

Yenisabah.az APA-ya istinadən bildirir ki, bu barədə Kanadanın Müdafiə Nazirliyi açıqlama yayıb. 

Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb.  Pepperoni pizza

Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd "Leopard 2A4" tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd "M-777" artilleriya qurğusu göndərildiyi bildirilib. 

Bununla belə Kanada tərəfindən verilən hərbi yardımın indiyədək Rusiyada istifadə olunub-olunmadığı açıqlanmayıb. 

Qeyd edək ki, 2022-ci ildən bu yana adı çəkilən ölkə Ukraynaya 4.5 milyard dollarlıq hərbi yardım edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!