Daha bir qaradərili qətli - Etirazlar başladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qaradərili qətli - Etirazlar başladı - Video

Dünya

04 İyul 2022 15:57 832


ABŞ-ın Ohayo ştatında polisin qaradərili gəncə güllə atdığı hadisənin videosu böyük əks-səda doğurub.

Yenisabah.az xəbər verir ki, keçən həftə Akron şəhərində tıxacda saxlanılan zaman qaçan 25 yaşlı qaradərili Ceyland Uolkerə polis 60 dəfə atəş açıb. Hadisə yerində ölən gəncin silahsız olduğu müəyyən edilib.

Qətlin yayımlanan videosu etirazlara səbəb olub.8 polis əməkdaşı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. pizza mizza

Akronda iyulun 3-də, axşam saatlarında yüzlərlə adam Uolkerin öldürülməsinə "Qaraların həyatı dəyərlidir" şüarı ilə etiraz edib.

Qeyd edək ki, Corc Floydun 2020-ci ildə Minneapolisdə polis tərəfindən kameralar qarşısında öldürülməsi də ABŞ-da böyük etirazlara səbəb olmuşdu.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!