Daha bir qaziyə və ailəsinə sosial dəstək

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qaziyə və ailəsinə sosial dəstək

Sosial

05 Yanvar 2021 10:51 754


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Xankişiyev Elnur Əliağa oğlunun özü və ailə üzvləri ilə görüş zamanı onlara sosial dəstək göstərilməsi üçün görüləcək işlər müəyyən olunub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, qazimiz müharibəyə qədər “Azərenerji” ASC-də işləyib və iş yeri saxlanılmaqla, əmək haqqı da hər ay ödənilir. Atası da hazırda orada çalışır.

Elnura yaxın günlərdə əlillik təyin olunacaq və bununla əlaqədar hər ay sosial ödənişlərlə təmin ediləcək. Əlillik dərəcəsinə uyğun olaraq dövlət tərəfindən ona birdəfəlik sığorta ödənişi də veriləcək. Dördpendirli pizza

Bir qardaşına sağlamlıq imkanı məhdud uşaq olduğu üçün aylıq sosial müavinat ödənilir. Bacısının da səhhətindəki problemlə bağlı əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işlər görüləcək.

Ailə ilə görüş zamanı qazinin anası və bacısının işsiz olduqları müəyyən edilib. Elə evlərindəcə onlarla müqavilə bağlanıb və istəklərinə əsasən ödənişli ictimai işlərə cəlb olunublar. Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!