Daha bir qrup vətəndaş üçün kiçik təsərrüfatlar yaradılıb -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qrup vətəndaş üçün kiçik təsərrüfatlar yaradılıb - Fotolar

Sosial

09 Dekabr 2020 12:27 690


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının və erməni terrorundan əziyyət çəkən mülki şəxslərin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməsi prosesini davam etdirir.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, bu dəfə kiçik təsərrüfatlar Bərdə, Tərtər və Hacıqabulda yaradılıb. Şəhid Əzizov Ayşadın atası Qaryağdı Əzizova, şəhid Xudayar Yusifzadənin qardaşı Yusif Yusifzadəyə, şəhid Təhməzov Əlzaminin həyat yoldaşı Günay Təhməzovaya, müharibə iştirakçısının ailə üzvü Məsudə Musayevaya heyvandarlıq sahəsi üzrə aktivlər təqdim edilib.

Eyni zamanda şəhidimiz Alışov Samir Cəlil oğlunun ailəsinə özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanlar verilib. Xatırladaq ki, həmin şəhidimizin və şəhid Xudayar Yusifzadənin ailələrinin ev şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə onlar üçün fərdi yaşayış evlərinin tikilməsi də qərara alınıb. Toyuqlu pizza

Erməni terroru nəticəsində evləri dağıdılmış, təsərrüfatları məhv edilmiş şəxslərin də sosial dəstəklə təmin edilməsi işləri davam edir. Özünüməşğulluq proqramı çərçivəsində Tərtər və Bərdədə Gülbadam Xəlilova, Fəxrəddin Salayev və Firuzə Məmmədovaya heyvandarlıq təsərrüfatlarını yaratmaları üçün iribuynuzlu heyvanlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!