Daha bir şəhid ailəsi Prezidentin aylıq təqaüdü ilə təmin olunacaq -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir şəhid ailəsi Prezidentin aylıq təqaüdü ilə təmin olunacaq - Foto

Sosial

07 Yanvar 2021 13:49 642


Digər şəhid ailələri kimi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Xəlilov Ələddin Əlizaman oğlunun ailəsi də Prezidentin aylıq təqaüdü ilə təmin olunacaq, həmçinin ailəyə 11 min manat birdəfəlik sığorta ödənişi ödəniləcək.

Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan şəhid ailəsi ilə görüş zamanı ailə üzvlərinə barədə məlumat veriblər.

Bildirilib ki, hazırda şəhidlərin ailə üzvlərinə onlar üçün nəzərdə tutulan sosial ödənişlərin təyinatı prosesi davam edir və təyinatların daha qısa müddətdə aparılması diqqətdə saxlanır. Dördpendirli pizza

Şəhidin atası işləyir, anası evdar qadındır, bacı və qardaşı isə məktəblidir.

Ailəyə sosial təminat hüquqları, şəhid ailələri üçün nəzərdə tutulan dəstək tədbirləri, habelə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edildikləri barədə də məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!