Daha bir şəhid ailəsinə aylıq təqaüd təyin edilib

saytların hazırlanması

Evə çatdırılma

Daha bir şəhid ailəsinə aylıq təqaüd təyin edilib

Sosial

25 Dekabr 2020 17:56 824


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparılır.

Yenisabah.az xəbər verir ki, Şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib. Pepperoni pizza

Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!