Daha bir tiktokerin həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Kriminal

15 Aprel 2025 14:48 386


"TikTok" əməliyyatları nəticəsində saxlanılan "Rosh life" ləqəbli  tiktoker Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Yenisabah.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb. pizza sifarişi

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!