“Danimarka Vətənpərvərləri” radikal qruplaşmasının 5 fəalı Misirin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bu, bir həftədən az müddətdə Danimarkada üçüncü belə aksiyadır.
İraq səfirliyi qarşısında yaradılan qrupun digər iki üzvü: cümə günü, iyulun 21-də Quranı yandırıb, ölkənin dövlət bayrağını ləkələyib, üç gün sonra isə yenidən Quranı yandırıblar. Pepperoni pizza
İyunun sonunda Stokholmda Qurban bayramının qeyd edilməsi zamanı Quranın təhqir edilməsi və yandırılması ilə rezonans doğuran aksiya baş verib. Onu İraqdan olan Salvan Momika təşkil edib. Bu, Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan və digər ölkələr tərəfindən pislənilən müsəlman dünyasında qəzəb dalğasına səbəb olub.
Telegram kanalımız