Daşkəsəndə xeyli silah-sursat müsadirə olunub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan “TOZ” markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Keçirilən digər tədbirlər nəticəsində isə 8 ədəd əl qumbarası, 200 ədəd “pulemyot-Kalaşnikov” silahına məxsus 7.62 mm-lik patron, 1 ədəd avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilərək götürülüb. pizza
Bundan başqa şöbə əməkdaşlarının vətəndaşlar arasında apardığı mütəmadi profilaktiki söhbətlərin nəticəsində rayon sakini Elfaq Abbasov babasından qalma 2 ədəd müvafiq sənədləri olmayan ov tüfənglərini polisə könüllü təhvil verilib.
Telegram kanalımız