Daşkəsəndə ər və arvad qətlə yetirildi   - Təfərrüat/Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə ər və arvad qətlə yetirildi - Təfərrüat/Yenilənib

Kriminal

04 Aprel 2023 20:53 1263


Daşkəsəndə ər və arvadın qətlinin bəzi təfərrüatları məlum olub.

Yenisabah.az xəbər verir ki, Daşkəsən rayon Mədənçilər qəsəbəsində qətlə yetirilən 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın övladları olmayıb. Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan səssiz insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində "Şaka" kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, ər və arvad yaşadıqları evdə küt alətlə aldıqları xəsarətlərdən dünyasını dəyişib. pizza hut

Faktla bağlı araşdırma davam etdirilir./Report

***

Daşkəsəndə ər və arvad küt alətlə qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın küt alətlə qətlə yetirilmələri məlum olub.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!