“Daşnaksütyun”: Paşinyanın sayılı günləri qaldı, Nikolsuz Yeni il

saytların hazırlanması

Evə çatdırılma

“Daşnaksütyun”: Paşinyanın sayılı günləri qaldı, Nikolsuz Yeni il

Siyasət

16 Dekabr 2020 00:17 747


“Biz belə birləşmə ilə bu hakimiyyəti təmizləməli, həmçinin ölkəmizin birliyini qurmalıyıq.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı Yerevandakı "Fransa" meydanında keçirilən “Ləqayət marşı” mitinqində “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

"Nə qədər ki, Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, bizim xalqımızın və dövlətimizin qamətini düzəltmək sadəcə mümkün deyil. Dördpendirli pizza

Qarşımızdakı problemləri həll etmək üçün Paşinyanın gedişindən sonra hamımız birlikdə Avstraliyadan Moskvaya, Tehrandan Los-Ancelesə qədər xalqımızın potensialını birləşdirməliyik”.

O, qeyd edib ki, baş nazir Nikol Paşinyanı istefaya göndərmək və irəli getmək lazımdır: “Bizdən daim soruşurlar ki, bu mübarizə nə ilə bitəcək, mübarizə nə qədər uzun davam edirsə, bizi elə indi bu hakimiyyəti konkret hərəkətlərlə aradan qaldırmağa çağırırlar.

Mən “Vətənin qurtuluşu üzrə Hərəkat” adından söz verirəm ki, Paşinyanın sayılı günləri qaldı. Əgər o könüllü getməsə, onda özümüz onu vəzifədən uzaqlaşdıracağıq. Biz hər gün itaətsizlik aksiyaları keçirəcəyik və hədəfimizə nail olacağıq. Nikolsuz yeni il", - Saqatelyan bildirib.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!