Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi

Sosial

08 Noyabr 2020 19:15 2466


Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. 

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib: "Cənab Prezidentin elan etdiyi qələbə xəbəri vətəndaşlarımızda bayram ovqatı yaradıb bə onlar bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə axışıb. Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir".

Müraciətdə o da bildirilir ki, ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub: "Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək saat 21:00-dan evlərini tərk etməmələrini xahiş edirik", - deyə DİN-in müraciətində qeyd olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!