“Dedi, özünüzdən muğayat olun, sabah şəhid oldu”

saytların hazırlanması

Evə çatdırılma

“Dedi, özünüzdən muğayat olun, sabah şəhid oldu”

Sosial

02 İyul 2024 12:55 435


Şəhidlər haqda çox deyilib, çox yazılıb. Hələ bundan sonra da çox danışılacaq, çox yazılacaq. Dünya durduqca onlardan danışacağıq… 

Onlar Azərbaycan xalqının öz qəhrəman bətnindən doğurduğu övladlarıdır. Hər birimizin onlara vəfa borcu var. Bir ömür boyu onları hörmət və ehtiramla xatırlayacağıq. 

Həmin qəhrəmanlardan biri də Cəmil Əli oğlu Adıgözəlovdur. Cəmil bu dünyada cəmi 18 il yaşadı. Amma dünya durduqca yaşayacaq. Axı şəhidlər ölmür… Dördpendirli pizza

Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən tam orta məktəbi bitirib. Subay idi.

Cəmil Adıgözəlov 2020-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cəmil Adıgözəlov 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Adıgözəlov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

Şəhidimizin anası Svetlana Adıgözəlova 2 il əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində övladı ilə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Cəmil çox gülərüz və can yandıran övlad olub: 

“Cəmil çox mehriban, gülərüz bir övlad olub. Sakit, heç  kimlə işi olmayıb. Elə 2020-nin may ayında əsgərliyə yollanmışdı. Çox sevinirdi ki, əsgər gedir, vətənin keşiyində dayanacaq. Onunla son ünsiyyətimiz oktyabrın 1-i olub, atası danışmışdı, deyirdi mən yaxşıyam, özünüzdən muğayat olun.

Elə 1 gün çəkmədi ki, şəhid xəbəri gəldi... Nə deyim, onun üçün çox darıxıram. Bir qız sevirdi, deyirdi ana, əsgər gedim gəlim nişan edək, amma qismət olmadı”, - deyə şəhid anası bildirib. 

Cəmilin uğrunda şəhid olduğu Suqovuşanda çoxdan sular durlub, Qarabağ aydınlığa çıxıb. 

Ruhun şad olsun ŞƏHİD BALA! 

Qanınız yerdə qalmadı.

Bu xalq sizi heç vaxt unutmayacaq! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!