Dekabrın 24-dən sonra Azərbaycanda ən yüksək yoluxma 

saytların hazırlanması

Evə çatdırılma

Dekabrın 24-dən sonra Azərbaycanda ən yüksək yoluxma 

Sosial

04 Yanvar 2021 10:16 1558


"Yanvarın 1-i test olunanlarda yoluxma sayı 7,6% olduğu halda dünən 13%-ə yüksəlib. Bu isə dekabrın 24-dən sonra ən yüksək göstəricidir".

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspert bildirib ki, son 15 gündə Azərbaycanda koronavirusa (aşkar edilmiş) yoluxanların sayının azalaraq dördrəqəmli həddən üçrəqəmliyə düşməsi tendensiyası müşahidə edilir:

"Hətta yeni ilin ilk günü bu göstərici 341-ə qədər azalmışdı. Elə təəssürat yaranır ki, bu gedişlə (aşkar edilmiş) yoluxma sayı ikirəqəmli həddə də düşə bilər. Yoluxma sayında azalma olsa da, əsas səbəb bu deyil". Marqarita pizza

Ekspert hesab edir ki, azalmanın əsas səbəbi aparılmış testlərin sayının dəfələrlə azalmasıdır. Aşağıdakı qrafikdən də görünür ki, 2021-ci ilin ilk günlərində yoluxma sayında artım var. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!