Dekabrın 31-dən yanvarın 5-dək küçəyə çıxmaq qadağan ediləcək?   - Operativ Qərargahdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Dekabrın 31-dən yanvarın 5-dək küçəyə çıxmaq qadağan ediləcək? - Operativ Qərargahdan AÇIQLAMA

Sosial

29 Dekabr 2020 19:46 2683


Pandemiya dövründə bir çox ölkələrdə bayram və tətil günlərində küçəyə çıxmaqla bağlı qadağalar tətbiq edilir. Sosial şəbəkələrdə yazılır ki, Azərbaycanda da belə qadağa tətbiq ediləcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, dekabrın 31-dən yanvar ayının 5-nə qədər Bakıda da küçəyə çıxmaq qadağası tətbi ediləcəyi ilə bağlı söz-söhbət müzakirə olunur. 

Məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxladıq. Qurumdan Baku.ws-ə bildirilib ki, hələlik bu barədə rəsmi məlumat yoxdur. Tətbiq edilən qərarda dəyişiklik edilməyib. Toyuqlu pizza

Qeyd edək ki, hazırda qərara əsasən vətəndaşlar SMS icazəsi və portaldan xüsusi icazə vasitəsilə küçəyə çıxa bilərlər. Vətəndaşlar SMS-lə yanaşı həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!