“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib

Sosial

25 Avqust 2020 23:01 962


Avqustun 25-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər. pizza sifarişi

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Z.Həsənov mərasim iştirakçılarını və qonaqları salamlayaraq “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.

Rusiyanın Müdafiə naziri ordu generalı S.Şoyqu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!