Dənizdə batan qazinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə batan qazinin meyiti tapıldı

Hadisə

30 İyul 2022 12:21 1117


İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı barədə xəbər vermişdik.

Dənizdə boğulanlardan artıq hər ikisinin meyiti tapılıb.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. pizza

Məlumatda deyilir:

“28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbətən qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, digər şəxsin - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən bu gün səhər saatlarında tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası iştirak edib.”

Xatırladaq ki, dənizdən meyiti çıxarılan ikinci şəxs Zöhrabov Sübhan Yədulla oğlu Qarbağ qazisidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!