Xəbər verdiyimiz kimi dünən gecə saatlarında 2 nəfər Lökbatan ərazisində dənizdə ehtiyatsızlıqdan batıb.
Yenisabah.az xəbər verir ki, gün ərzində axtarışlar heç bir nəticə vermədiyi üçün əraziyə əlavə qüvvələr cəlb edilib.
Bu barədə saytımıza Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir: Dördpendirli pizza
“28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub".
Qeyd edək ki, batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabov olublar.
Bildirilib ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Mövzunu diqqətdə saxlayacağıq.
Telegram kanalımız