"Fransalı aktyor Jerar Depardye Ukrayna ilə bağlı açıqlamalarına görə vətəndaşlıqdan məhrum edilməli, Rusiya Federasiyasındakı daşınmaz əmlakı isə kimsəsiz uşaqlara verilməlidir".
Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib.
Bundan əvvəl Depardye KİV-ə açıqlamasında qeyd edib ki, Rusiya vətəndaşları Vladimir Putinin əməllərinə görə məsuliyyət daşımır. Sezar pizza
"Mən boşboğzlığına və rus xalqı adından danışmaq cəhdlərinə görə Jerar Depardyenin pasportunun ləğvini zəruri hesab edirəm", - deyə deputat vurğulayıb.
Bundan əlavə, deputat aktyorun əmlakının müsadirə olunaraq ehtiyacı olanlara verilməsini təklif edib.
Həmzəyev deyib: "Ona 2 mənzil təqdim olunub - Saransk və Qroznıda. Bu mənzillər geri alınmalı və kimsəsiz uşaqların ehtiyaclarına verilməlidir. Bu məsələdə ən düzgün qərar olardı".
Xatırladaq ki, Rusiya prezidentin sözçüsü Dmitri Peskov deyib ki, "Depardye Ukraynada baş verənləri tam başa düşmür, çünki o, siyasi gündəmi bilmir".
Telegram kanalımız