Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən DANIŞDI

Sosial

25 Noyabr 2024 15:57 1226


Bir müddətdir ki, “20 Yanvar” metrostansiyasının keçidlərindəki mağazalar fəaliyyətini dayandırıb. Sözügedən ticarət obyektlərinin aqibəti həm sakinlərdə, həm də mağaza sahiblərində sual doğurur.

Bir çoxları düşünür ki, insanların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması üçün sözügedən ticarət obyektlərinin qapalı qalması daha məqsədəuyğundur.

Bəs belə olan halda, həmin mağaza sahibləri nə etməlidir? Onlara dövlət tərəfindən hər hansı yardım olunacaqmı? Mağazalar hara köçürüləcək? Toyuqlu pizza

Məsələni  şərh edən deputat Fazil Mustafa Yenisabah.az-a  bildirib ki, hər hansı ticarət obyektinin, müsəssisənin bağlanması olduqca təhlükəli və riskli məsələdir:

“Vətəndaş hansısa formada yaşamalıdır. Qanuni olaraq, əgər öz ticarət şəbəkəsini qurubsa, hansısa formada ümumi infranstruktura mane olmursa, niyə onun obyektini bağlasınlar? Mən bu obyekt bağlanılması məsələsinə daha ciddi yanaşmağın tərəfdarıyam. Hər bir Azərbaycan vətəndaşı, məmurlar sözügedən məsələdə bir az daha həssas davranmalıdır və prosesə ciddi yanaşmalıdır. Bu, vətəndaşın dolanışığı, yaşamı ilə bağlı bir məsələdir. Ailələrin çörəkpulu məsələsidir. Belə mövzularda “filan yer bağlandı”, “filan yer açıldı” demək bu qədər rahat olmamalıdır”.

Millət vəkili düşünür ki, bu cür məsələlər ölkəmizdə yoxsulluğu artıra bilər: 

“Hesab edirəm ki, həm mülkiyyətin qorunması, həm də insan hüquqlarının tanınması baxımından daha gerçəkçi olmaq lazımdır. Yaxşı olar ki, normal addımlar atılsın. Çünki bütövlükdə yoxsullaşan öz vətəndaşımızdır. Belə olduqda, həmin kasıb vətəndaşların da ailəsinin problemlərini dövlətin öhdəsinə buraxmış oluruq və sosial yardıma ehtiyacı olur. Özünü dolandıran, yaşadan vətəndaşın sayının çox olmağı bizə lazımdır ki, işimiz daha da irəli getsin”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Imran
    Salam hörmətli Aytac Şahin. Narahat etdiyim üçün çox-çox üzür istəyirəm. Məcburiyət qaşısında qalıb Sizə müraciət edirəm. Hörmətli Fazil m. Sabunçu rayonundan seçılən deputatdır.Mənim ona çox hörmətim var. Məqalənizi oğxudum və özümdən soruşdum,görəsən nədən Sabuncu rayononun problemləri Fazil m-i narahat emir? Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin çox gözəl, mənzərəli yerlərindən olan, Sülh küçəsi (74 sayli məktəbin yanından) ilə Ərəblinski küçəsini birləşdirən , Aşıq Alı küçəsinin yolu çox pis vəziyyətdədir. Yolun uzunluğu təxminən, 500-600m olar, Özü də bu yol Heydər Əliyev adına parka gedən yoldur. Uzun illərdir ki, bu yol baxımsız vəziyyətdədir,təmirə ehtihacı var, yağışlı havada su gölməçəlrinin içındən keçmək olmur,gecə işıqlandırma sistemi yoxdur.Axşam vaxtları, gecə qaranlıqda bu yolla hərəkət insanlara, o cümlədən uşaqlara təhlükə yaradır. Bu mövzu ilə bağlı mən ona ,sakinlər ,yerli icra hakimiyyətinə, yenə mən özüm məktub vasitəsi ilə Bakı ŞİH-ə, AAYD-ya müraciət etmişəm, lakin heç bir nəticə yoxdur.
    1 year ago