Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin etdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin etdi - FOTOLAR

Sosial

25 Noyabr 2024 13:26 6686


“Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.  Dominos pizza

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır. 

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

“Odlar Yurdu”  Universitetinin  rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev  tərəfindən həyata keçirilir.

Əsmətxanım

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!