Deputat həbsxanadakı insidentdən danışdı:   “Məhkumlardan biri...“

saytların hazırlanması

Evə çatdırılma

Deputat həbsxanadakı insidentdən danışdı: “Məhkumlardan biri...“

Hadisə

07 İyun 2022 15:16 1338


Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insidentin baş verməsi barəsində məlumatlar yayılıb. Məhbuslarla penitensiar xidmət əməkdaşları arasında qarşıdurma zamanı Milli Məclisin deputatı Aqil Abbasın bacısı oğlu, ədliyyə mayoru Sunay Məmmədovun ağır xəsarət aldığı iddia olunur.

Yenisabah.az-a açıqlamasında Milli Məclisin üzvü bu iddianı təkzib edib.

“Bunların hamısı "feyk" xəbərlərdir. Penistensiar Xidmətin rəhbərliyi ilə əlaqə saxlamışam. Belə bir insident olmayıb. Sadəcə, bir dustaqda telefon tapılıb, həmin dustaq da etiraz əlaməti olaraq özünə xəsarət yetirib. Vəssəlam!” - deyə Aqil Abbas "Yeni Sabah"a açıqlamasında vurğulayıb. pizza sifarişi

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!