Deputat nazirin bu fikrini tənqid etdi – “Hansısa kolxozun...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat nazirin bu fikrini tənqid etdi – “Hansısa kolxozun...”

Siyasət

04 Noyabr 2023 08:00 18102


“Azərbaycanda hakimlərin sayı orta Avropa göstəricilərindən çox aşağıdır. Hakimlər həddindən artıq yükləniblər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Mətbuatda və sosial şəbəkədə bir məsələ müzakirə olunur. Əhalinin sosial müdafiə və əmək hüquqlarını qorumalı olan hökumət üzvlərindən biri təhsillə bağlı konfransda deyib ki, Azərbaycana hüquqşünaslar yox, aqronom lazımdır. Bu fikri hüquq diplomu olan şəxs deyib. Bunu hansısa kolxozun baş aqronomu desəydi, bəlkə də başa düşmək olardı”, – deyə deputat bildirib. Dominos pizza

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumundakı çıxışında bu gün ölkədə universitetlərin ehtiyacdan çox sayda hüquqşünas yetişdirdiyini deyib.

“Ancaq bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirilir. Əslində, ehtiyac duyulan aqronom peşəsidir. Misal olaraq, bu gün hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cəlil
    Ölkənin kənd təsərrüfatı bərbad gündədir, ona görə kənd təsərrüfatı məhsulları gündən günə bahalaşır. Əlbəttə ki ölkəmizə savadlı aqronomlar lazımdır. Nəyə görə hüquqşünas olmaq istəyənlərin sayının çoxdur? Məqsəd hamıya məlumdur. Bura Azərbaycandır
    3 years ago
  • İnam
    Bu qədər hüquqşünas var, amma yenə də bu qədər hüquqlar tapdanır, demək ki, hüquqşünas diplomu olanların az bir hissəsi həqiqətən də hüququn aliliyini qoruyur... Odur ki, hüquqşünas sayı indikindən 5 dəfə çox olmalıdır ki, bəlkə layiqincə ədalət qoruna...
    3 years ago
  • Elnur
    Bəli.Sahil Babayevin sözlərində həqiqət var.Ali məktəbə pedaqoji ixtisaslara qəbul olub ali məktəbi qurtaranda və ya ikinci təhsil kimi hüquqşünas diplomu alan az hüquqşünas var? Amma ixtisasini bilən bir gənc aqranom, zootexnik, ya da baytar tapmaq olar?
    3 years ago
  • RƏŞAD
    ONU DA QEYİD EDİM Kİ CENAB NAZİR DÜZ DANIŞIR BİLDİYİMiZ KİMİ KEÇMİŞ POLİS EMEKDAŞI TEQAYUDE ÇIXMIŞ İNDİ İSE XESTEXANALRDA YÜKSEK MAYIŞLA HÜQUQŞUNAS İŞLEYİR NİYE BUNDA DANIŞIMIRIQ İNDİ DEPTAT İSTEDİYİ SÖZLERİ DANIŞIR BUNA NEZER YETİRİN AY DEPTAT
    3 years ago