Deputat qiymət artımından şikayətləndi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Deputat qiymət artımından şikayətləndi - VİDEO

Sosial

05 Mart 2024 17:02 589


Son zamanlar bəzi məhsulların qiymətinin bahalaşması təkcə sıravi vətəndaşların deyil, deputatların da büdcəsinə təsir edib. Aqil Abbas və Siyavuş Novruzovdan sonra bu dəfə də deputat Erkin Qədirli ölkədə ərzağın qiymətinin baha olmasından gileylənib. 

Yenisabah.az xəbər verir ki, deputat bu barədə TV Müsavat-ın canlı efirində qonaq olarkən danışıb.

Erkin Qədirli bildirib ki, bir istehlakçı olaraq hazırda bazarda təqdim olunan qiymətləri onu qane etmir: pizza hut

“Mən çox az miqdarla qane olan adamam. Lakin hər bir istehlakçı kimi, bahalaşma mənə də təsir edir. Gəlirsən nəsə alırsan, görürsənki, əvvəl aldığın qiymətdən bahadır”. 

Deputat qeyd edib ki, bazar azad deyil və monopoliya var.

“Həm daxili istehsalda, həm də idxal-ixrac əməliyyatlarında bəzi sahələri çıxmaq şərti ilə, inhisarçılıq var. Əlbəttə ki, qiyməti artıran amillərdən biri şübhəsiz budur”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!