2021-ci ilin sonunda ədəbiyyat adamları kitab üzərindən 18 faiz əlavə dəyər vergisinin götürülməsini böyük məmnunluq hissi ilə qarşıladı. Bu, ilk növbədə, naşirlər üçün çox önəmli bir hadisə idi. Onlar uzun müddət 18 faiz əlavə dəyər vergisinin götürülməsini istəyirdilər, dəfələrlə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi barədə məsələ qaldırırdılar.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu deputat Elnarə Akimova deyib.
O bildirib ki, humanitar sahəyə daha çox diqqət ayrılmalı, güzəştlər tətbiq olunmalıdır: pizza mizza
“Ədəbi orqanlarda çap olunan məqalələrə yazılan qonorarlardan 29 faiz vergi tutulur. Bu qədər vergi tutulandan sonra da yaradıcı adama boş əziyyətdən başqa heç nə qalmır. Onsuz da bu sahədə çalışanların maaşı azdır. Qələm adamı üçün bir məqalənin hasilə gəlməsi o qədər də asan proses deyil və bunun qarşılığı qəpik-quruş olmamalıdır.
Mədəniyyət Nazirliyinin hər hansı mövzu ilə bağlı verdiyi sifariş əsasında kitablar ərsəyə gətirilir. Müəllif bir kitabın hasilə gəlməsi üçün araşdırma aparır, tədqiqat xarakterli mətn ərsəyə gətirir. Nəticədə yaxşı qonorar da yazılır. Amma bu qonorardan o qədər vergi tutulur ki, verilən əməyə insanın heyfi gəlir. Təklif edirəm ki, məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaldılsın, yaxud ləğv edilsin”.
Telegram kanalımız