Deputat: Tərtər və Kəlbəcərin 2 kəndinin adı dəyişdirilməlidir

saytların hazırlanması

Evə çatdırılma

Deputat: Tərtər və Kəlbəcərin 2 kəndinin adı dəyişdirilməlidir

Kriminal

27 Noyabr 2023 12:19 1464


Milli Məclisin deputatı Aqil Məmmədov Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, deputat bu təkliflə parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

"Ağdərə rayonuna daxil edilən kəndlərin adları dəyişdirilib. Bu, sevindirici haldır. Amma iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Qasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm", - deputat qeyd edib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!