“Xaçmazın bir deputatı var, sonuncu parlament seçkilərində 55 saylı dairədə mənimlə alternativ idi. 44 günlük Vətən Müharibəsi dövründə bir dəfə gözə dəymədi. Xaçmazın 47 şəhidi var, bu beş-altı ay ərzində onların birinin qapısını döyməyib”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət bu gün “Müsavat” TV-də qonaq olarkən deyib.
A.Həsrət əksər məmurların və deputatların xalqın problemlərinə laqeyd yanaşdığını bildirib. O, vəziyyətdən çıxış yolu təklif edib: “Bunların hamısını kürüyüb atmaq lazımdır”. pizza sifarişi
Qeyd edək ki, sonuncu parlament seçkilərində 55 saylı Xaçmaz seçki dairəsindən Milli Məclisə Eldəniz Səlimov deputat seçilib.
Telegram kanalımız