Deputatın həbsi barədə qərar çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Deputatın həbsi barədə qərar çıxarıldı

Dünya

15 İyul 2022 11:35 900


Ukrayna Ali Radasının deputatı Oleksiy Kovalyov barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

"Təhlükəsizlik xidmətinin tələbi ilə Ukraynanın xalq deputatı Oleksiy Kovalyov barəsində girov əvəzi olmadan həbs qətimkan tədbiri seçilib. Deputat barəsində axtarış elan edilib", - deyə məlumatda qeyd olunur. pizza sifarişi

Xatırladaq ki, 2022-ci ilin aprelində SBU əməkdaşları Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra müvəqqəti olaraq Xerson vilayətinin işğal olunmuş ərazisində olan və işğalçı qüvvələrə yardım edən Ukrayna xalq deputatına qarşı cinayət işi açıb.

İstintaq zamanı müəyyən edilib ki, Oleksiy Kovalyov bu il iyulun əvvəlində Rusiya tərəfindən dəstəklənən işğalçı administrasiyası tərəfindən qanunsuz yaradılmış “Xerson vilayəti hökuməti”ndə sədr müavini vəzifəsini icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!