Deputatla nazirlik arasında qalmaqal davam edir - “Yanlışlığa yol verməmək lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

Deputatla nazirlik arasında qalmaqal davam edir - “Yanlışlığa yol verməmək lazımdır”

Sosial

11 Sentyabr 2020 12:21 735


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb. Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib”. 

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

“Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinati və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərciləri ilə müqayisədə daha bədbindr. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəlliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.  pizza sifarişi

Rəqəmlərdə deyil, vətəndaşa əlilik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”,-deyə deputat əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!