Dərmanların qiymətini kim qaldırır?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Dərmanların qiymətini kim qaldırır? - AÇIQLAMA

Sosial

08 Dekabr 2020 12:25 1523


Son həftələrdə ölkədə koronavirus daşıyıclarının sayı kəskin şəkildə artıb. Adətən, gündəlik yoluxma sayının 3 minin üzərində olduğunu müşahidə edirik. Müalicəsini evdə davam etdirən xəstələrin şikayətlərinə əsasən, deyə bilərik ki, apteklərdə bir tərəfdən dərman qıtlığı yaşanır, digər tərəfdən də COVID-19-un müalicəsi üçün vacib əhəmiyyətə malik olan preparatların qiyməti süni şəkildə artırılır.

Maraqlıdır, dərmanların qiymətinə kim nəzarət edir? Dərman bazarındakı artım nəylə bağlıdır?

Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayıl  bildirib ki, vəziyyət artıq nəzarətdən çıxıb: Marqarita pizza

“Hazırda reallığa söykənərək kiminsə bu məsələyə nəzarət elədiyini düşünmürəm. Bu, hadisələrin gözlənilən gedişatı idi. Aktiv yoluxmuş xəstə sayının kritik həddin üstündə olması müəyyən eybəcərliklərin üzə çıxmasına səbəb olur. Nə etmək lazım olduğunu isə bilmirəm. Çünki bu məsələni dövlət həll etməlidir. Qiymətin tənzimlənməsinə, əslində, qanunla hüquq mühafizə orqanları nəzərat edir. Çünki Səhiyyə Nazirliyi tərəfdən lazımi qanunverici addımlar atılıb. Hətta onlar bu tədbirləri koronavirus dərmanları üçün olmasa da, başqa məsələlərlə əlaqədar həyata da keçiriblər. İndi fövqəladə vəziyyətdir, müharibə dövrüdür, yoluxmuş xəstə sayı çoxdur. Bunlar da öz növbəsində hüquq mühafizə orqanlarının işini xeyli zəiflədir ki, hazırda biz bunu izləyirik”.

Həkim vurğulayıb ki,vətəndaşlar qiymətin süni şəkildə artırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsə belə, yəqin ki, bu, effekt verməyəcək:

“Çünki bunu sübut etmək çox çətindir. Mən praktik-təöcrübədən çıxış edərək danışıram. Şüar kimi deyə bilərdim ki, qiyməti artırmaq olmaz, dövlət bu işin üstünə getsin, həll etməyə çalışsın və s.  Amma bunların praktik əhəmiyyəti çox zəifdir. Çünki dərman qiymətini süni şəkildə sahibkarların özləri qaldırır və bu insanlar ağılsız deyillər. Onlar nəyi necə edəcəklərini gözəl bilirlər. Sadəcə vəziyyətin bu yerə gəlməsinə imkan vermək lazım deyildi”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!