Dərslər hibrid formada keçiriləcək? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dərslər hibrid formada keçiriləcək? - Rəsmi açıqlama

Sosial

18 Avqust 2020 13:50 1880


Xəbər verdiyimiz kimi yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu çıxış edərək sentyabr ayında orta məktəblərin hibrid qaydada açılması ilə bağlı açıqlama verib. Bu təbii ki, yoluxma sayının müəyyən həddə qədər azaldılmasından asılıdır. Vəfa Yaqublu həmçinin bir sıra valideynlərin pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərməyəcəyi ilə bağlı da açıqlama verərək bildirib ki, belə valideynlərlə xüsusi razılaşma protokolu olacaq.

Yenisabah.az-ın məlumatına görə, mövzu bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sonxeber.az-a danışıb:

"Bununla bağlı artıq bir həftədir ki, müzakirələr edirik. Əlbəttə şərait imkan verərsə, hibrid formada, yəni həm onlayn, həm ənənəvi formada dərslərin keçirilməsi ilə bağlı qaydalar tətbiq olunacaq. Hələki bu təklif vəziyyətindədir və qərar verilməyib. Bunu indidən demək çətin olar. Hər halda hər şey şəraitdən asılı olacaq". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!