Devlet Bahçeliyə nə olub? 

saytların hazırlanması

Evə çatdırılma

Devlet Bahçeliyə nə olub? 

Siyasət

31 Mart 2024 18:33 1007


Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri küçiirlir. Sıravi vətəndaşlarla yanaşı, siyasi xadimlər də seçki məntəqələrinə gedərək, özlərinin vətəndaşlıq borcunu yerinə yetirirlər. 

Yenisabah.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Ankaradakı Anıttəpə məktəbində səs verib. Seçki məntəqəsinə gələn Bahçeli dərhal jurnalistlərin maarq dairəsinə düşüb. Yerli media qocaman siyasətçini üzündəki ləkələrlə birlikdə fotoaparatın obyektinə köçürüb. 

Devlet Bahçelinin üzündəki ləkələr müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Türkiyə mediası yaxın ətrafına istinadən siyasətçinin bir neçə gün əvvəl evində yıxıldığını iddia edib.  pizza

MHP sədri bu barədə danışmayıb. O, vətəndaşlıq borcunu yerinə yetirəndən sonra "Millətimiz və dövlətimiz üçün xeyirli olsun. İndidən millətimizə təşəkkür edirəm" deyərək, seçki məntəqəsini tərk edib. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!