Ukrayna prezidenti Volodimir Zelenski “Biz qalib gələcəyik” və ya “Biz qalib gəlirik” şüarları ilə xalqını manipulyasiya etməkdə davam edir. O, öz geosiyasi mövqeyini məmnun etmək üçün hər bir son ukraynalını qurban verməyə və bütün ölkəni xarabalığa çevirməyə hazırdır. Çünki ABŞ və Qərbin təhrik etdiyi bu qardaş müharibəsinin əvvəldən faciəli sonluqla bitəcəyi məlum idi.
Romantik liderlərin bəlasına düşən ölkələr
Kimin nə qədər coğrafi əraziyə sahib olmasından asılı olmayaraq, burada qaliblər olmayacaq. Artıq hər iki tərəf məğlub olub, çünki iki qardaş slavyan xalqı bir-birini öldürür. Nəticələr isə faciəli və silinməzdir. Reallıq sübut edir ki, o ölkələrdə ki, siyasi cəhətdən zəif, uzaqgörən olmayan, ekssentrik və özünü haqlı hesab edən liderlər rəngli inqilabla hakimiyyətə gəlirlər, elə məhz o ölkələr də xeyli ərazi və insan itkiləri verir. Buna misal olaraq, Gürcüstan, Ermənistan, Ukrayna və s. dövlətləri misal göstərə bilərik. Sezar pizza
Medvedyev və Zelenskinin xəyalındakı Ukrayna
Qayıdaq Zelenskiyə. O, hələ də kənar qüvvələrdən (ABŞ və Avropa) ilhamlanaraq ümid edir ki, sonda Ukrayna işğal altında olan ərazilərini - Krım, Xarkov, Xerson, Donetsk və Luqansk vilayətlərini qaytaracaq. Rəsmi Kiyevin təqdim etdiyi xəritədə Ukraynanın gələcəyi belədir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedeyvin fikrincə isə Ukrayna xəritəsində vəziyyət tamamilə fərqli olacaq.
Medvedeyvin təqdim etdiyi xəritədə Ukraynadan yalnız Kiyev vilayəti qalıb, qalanları isə Rusiya, Macarıstan, Rumıniya və Polşanın tərkibinə daxil edilib. Hansı ki, bundan əvvəl Medveydev bəyan etmişdi ki, Ukrayna dövlət suverenliyinin qalıqlarını itirə və dünya xəritəsindən silinə bilər.
Diktatorlar və romantiklər
İndiki müharibədə isə bir diktatorla romantikin mübarizəsini görürük. Diktator və onun ətrafı həmin bu romantikə kokain aludəçisi, narkoman və digər təhqiramiz sözlər söyləyir. Romantik isə yuxarıda dediyimiz kimi, qələbə eyforiyaları ilə yaşayır.
Qələbə isə sonu görünməyən bir tuneldir. Hamının bildiyi bir cavabı yenə demək yerinə düşərdi: Qərbə Ukraynanın suverenliyi və müharibədə maksimal qələbəsi lazım deyil, heç bu, adamların veclərinə də deyil. Onlara sadəcə Rusiyanın maksimal dərəcədə zəifləməsi və “rus ayısı”nın diz çökməsi lazımdır. Vəziyyət bu qədər sadədir.
5 aydan çoxdur davam edən diktatura və romantika mübarizəsinin qalibi isə əvvəldən bəllidir. Onu da bir az düşünsək, cavabı mütləq tapacağıq.
Rafi MÜSLÜMOV
Telegram kanalımız