Dünən oxuculardan biri saytımıza Neftçilər metrostansiyanın giriş hissəsində azyaşlının qarşısına qab qoyaraq dilənməsinin fotosunu göndərib.
Oxucunun dediyinə görə, uşağa yaxınlaşaraq hərəkətinin səbəbini soruşmaq istəsə də, bu an yaxınlıqda olan anasının sərt reaksiyasına məruz qalıb. Uşağın anası dilənən uşağın fotosunu çəkən oxucumuza əl-qol atıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Yenisabah.az-a bildirib ki, qısa vaxt ərzində məsələni araşdırdıqdan sonra azyaşlının valideynləri müəyyən olunub və polis şöbəsinə dəvət ediliblər: pizza mizza
"Onların Yevlax rayon sakinləri olduğu müəyyən olunub, azyaşlını dilənçiliyə cəlb edən valideynlər barəsində qanunauyğun tədbir görülüb".
İmamət İSMAYILOVA
Nəzrin CAVADZADƏ
Telegram kanalımız