DİM sədri Azərbaycanda bütün şagirdlərin testdən keçməsini təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

DİM sədri Azərbaycanda bütün şagirdlərin testdən keçməsini təklif etdi

Sosial

19 Dekabr 2024 11:51 346


“Dövlət İmtahan Mərkəzinin saytında müvafiq keçid var və biz müraciət edənlərə psixometrik testlərlə hansı sahədə özünü inkişaf etdirəcəyini müəyyənləşdirib məsləhətlər veririk”.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişaf Forumunda DİM sədri Məleykə Abbaszadə deyib.

“Hələ ki bu testləri 14-15 yaşlı uşaqlar üçün individual qaydada keçiririk. Amma bu gün DİM-də məktəb direktorları ilə görüş var. Təklif edəcəyik ki, direktorlar müraciət etsin, bütün şagirdlərin bu testlərdən keçirilməsini təmin edək”, - o vurğulayıb. Toyuqlu pizza

Məleykə Abbaszadə qeyd edib ki, bu, tam elmi əsasları olan alətdir, bu testlər yerli mütəxəssislər tərəfindən hazırlanıb: “Geniş auditoriyada tətbiqi və internet üzərindən keçirilməsi üçün də işlər aparırıq”.

Məleykə Abbaszadə deyib ki, bu testlər gənclərin kor-koranə ixtisas seçimi etməsinin qarşısını alacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!