"TikTok" sosial şəbəkəsində polislərin xidməti maşında qadınla əylənməsi görüntüsü ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlama verib.
Yenisabah.az-a danışan M.Məsimov yayılan həmin görüntülərin Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alındığı bildirib:
"Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan musiqi səsi montajdır, sonradan əlavə olunub. pizza mizza
Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır".
Mahir Məsimov videoda qadının mikrofona danışması halının da araşdıralacağını qeyd edib.
İmamət İSMAYILOVA
***
Bu gün "TikTok" sosial şəbəkəsində post-patrul xidməti əməkdaşlarının xidməti maşında bir qadınla əyləndikləri ilə bağlı görüntü yayılıb.
Yenisabah.az bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Zeyni Hüseynov saytımıza videodan xəbərdar olduqlarını bildirib:
"Məsələdən məlumatlıyıq. Video yeni yayılıb. Araşdırılma aparılır".
İmamət İSMAYILOVA
Telegram kanalımız