Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbiçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata əsasən dekabr ayının 25-i gecə saatlarında hərbiçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin Hacıməlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilib. Taksi sürücüsünün şəhərə girişi qadağan olunub, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olub.
Daha sonra onun video çəkərək polis əməkdaşlarının güya ondan pul istəməsi isə həqiqətə uyğun deyil. Sezar pizza
Telegram kanalımız