Bakıda restoranların birində soyğunçuluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, yanvarın 13-ü saat 03 radələrində Nizami rayonu ərazisində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib onun 150 manatını alması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb. pizza sifarişi
Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız