DİN saytlardakı dələduzluqlarla bağlı açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

DİN saytlardakı dələduzluqlarla bağlı açıqlama verdi

Kriminal

11 May 2023 14:57 798


Daxili İşlər Nazirliyi (DİN) alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib.

Yenisabah.az DİN-in mətbuat mərkəzinə istinadla xəbər verir ki, müraciətdə deyilir:

“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. pizza hut

Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!