Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı yayılan videogörüntülər ciddi etirazlara səbəb olub.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov haqqında araşdırılma aparıldığını deyib:
“Araşdırma aparılır, hələlik əlavə məlumat yoxdur. Araşdırmanın nəticəsindən asılı olaraq məlumat veriləcək”.
Əsmətxanım
Telegram kanalımız