Dindarlar aclığı dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Dindarlar aclığı dayandırdı

Hadisə

10 İyun 2022 13:48 991


Artıq bir neçə gün idi ki, Müsəlman Birliyi Hərəkatının (MBH) bəzi üzvlərinin aclıq aksiyasına başlaması mövzusu ictimaiyyətin diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, cəzaçəkmə müəssisələrində keçirilən aksiyanın başlama səbəbi kimi ayrı-ayrı şəxslərə qarşı təzyiqlərin olması açıqlansa da, sonradan bu mövzuda xeyli spekulyasiyaların olduğu və maraqlı qüvvələrin bu aksiyadan təxribat məqsədilə istifadə etmək niyyəti güddüyü diqqət çəkib.

İctimaiyyət nümayəndələri aclıq edən şəxslərə müraciət edərək, aksiyadan imtinaya çağırışlar səsləndiriblər. pizza mizza

Azərbaycanlı dindarlar, o cümlədən aclıq aksiyasında iştirak edən MBH üzvləri – Cabbar Cabbarov və Seyfəddin Şirvanov, habelə Polad Aslanov qeyd edilən müraciətləri və mövcud vəziyyəti nəzərə alaraq aclıq aksiyasını dayandırıblar. Hazırda həmin şəxslərin sağlamlıq durumu sabitdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!