“Dini mövzuda meyxana demək olmaz, get məscidə...” - Namiq Mənadan etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Dini mövzuda meyxana demək olmaz, get məscidə...” - Namiq Mənadan etiraz

Şou

03 Mart 2023 17:24 1642


“Bu gün bəzi cavan meyxanaçılarımıza baxıram, onların qeyri-etik ifadələri adamı hiddətləndirir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış meyxana ustası Namiq Məna deyib. 

O, meyxada dini səpkili mövzuların hallanmasının doğru olmadığını söyləyib.  pizza hut

“Məncə, bu janrın içərisində dini səpkidə nəyisə söyləmək qəbahətdir. İmzamı da atıram altına. Çünki şeirin mərsiyə forması var. Meyxanada dini səpkidə nələr isə söyləmək olmaz. Əgər sən dini səpkidə məşğul olursansa, get, dini məclislərdə iştirak et. 

Görürsən ki, spirtli içki olan məclisdə gözəl bir kəlam, hədis deyirsən, baxırsan ki, kimsə diqqətlə qulaq asmır, hərə öz aləmindədir. Belə şeylər xoşagəlməzdir”. 

“Əgər dinlə məşğul olursansa, onda sənin bu janra niyə gələsən? Deməli, sənin məqsədin, ancaq maddi gəlir əldə etməkdir ki, ona görə də el şənliklərində iştirak edirsən. 

Qısası, həmin məclislərdə durub dini səpkidə nəyisə söyləmək düzgün deyil. Amma məscidlərdə dini məclislər və tədbirlər var ki, orada iştirak edə bilərlər. Yenə deyirəm, meyxananın daxilində dini səpkidə nə isə söyləmək yanlışdır”. 

Söz ustadı bayağı mahnılar məsələsinə də toxunub: 

“Bəzən görürsən ki, ritm altında elə mənasız mahnılar oxuyurlar ki, adam dəhşətə gəlir. Təsəvvür edin ki, sevgidən mahnı oxuyursan, orada qəm-qüssə, kədər, ayrılıq, həsrət, hicran var, sonra da başlayırsan oynaq deməyə. Bəzən də elə ritmlərin altında dini səpkidə şeirlər söyləyirlər ki... Belə şey olmaz. 

Mən 10-15 ildir söyləyirəm ki, qeyri-etik ifadələr işlədən sənətin daşıyıcısı məsuliyyətə cəlb olunmalıdır. Bəzən elə bayağı ifadələrə yol verirlər ki, orada ritm var deyə, sözə kimsə fikir vermir”. 

O, nümunələr də çəkib: 

“Məsələn, mahnı var, “qardaş, bu ceyranı haradan almısan? Aldadıb-aldadıb tora salmısan” “tora salmısan” nədir?! Mahnıya bax da... Yaxud bəzən mahnıyı səhv oxuyurlar. “Sevgilimsən maral kimi, süzməyi kimdən öyrəndin?” Əslində, burada “sevgilim, sən maral kimi süzməyi kimdən öyrəndin?” deyir. Bir ara Qulu Əsgərovun mahnısı oxuyurdular, indi də çox oxuyurlar. “Sevgi sevən mərd olar, sevməyən namərd olar”. Sevgini sevmək olar? Orada deyilir ki, “sev ki, sevən mərd olar, sevməyən namərd olar”. Biz bunlara fikir verməsək, get-getə hər şey bəsitləşib bayağılaşacaq. Bunların hamısı mənə çox ağır gəlir”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!