“Dior” Azərbaycanda milyonluq şirkətini ləğv edib

saytların hazırlanması

Evə çatdırılma

“Dior” Azərbaycanda milyonluq şirkətini ləğv edib

Sosial

27 Noyabr 2024 12:39 421


Məhşur geyim və moda brendi “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

Yenisabah.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər. pizza sifarişi

Qeyd edək ki, Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!