DİQQƏT! Yollar buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Yollar buz bağlayacaq

Sosial

14 Dekabr 2024 15:23 346


"Sinoptiklərin məlumatına əsasən dekabrın 14-dən 15-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərində, eləcə də əksər dağlıq və dağətəyi rayonlarda gecə və səhər yolların buz bağlayacağı gözlənilir".

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlığında qeyd olunub.

"BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir. Pepperoni pizza

Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur", - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!