Doğum günü özünün iştirakı olmadan qeyd edilən qəhrəman - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Doğum günü özünün iştirakı olmadan qeyd edilən qəhrəman - Fotolar

Sosial

06 Yanvar 2021 22:04 897


Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Mirzəyev Kamran Araz oğludur.

Yenisabah.az xəbər verir ki, Kamran Mirzəyev 1998-cü il yanvarın 5-də Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub.

O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurub. Dördpendirli pizza

Şəhid əsgər K.Mirzəyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda uğurla iştirak edib. Eyni zamanda ağır döyüşlərdə cəsurluğu ilə seçilib.

Kamran Mirzəyev Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi ötən ilin oktyabrında Cəlilabada gətirilib və doğulduğu kənddə dəfn edilib.

Şəhidin bacısı Zeynəb Mirzəyeva deyir ki, qardaşı həmişə onun ad gününün qeyd edilməsini sevirdi: “Ötən il onun doğum gününü bir yerdə keçirdik”. Ona görə də ailə üzvləri Kamranın sevdiyi bu ənənəni onun ölümündən sonra da davam etdiriblər. Təəssüf ki, onun iştirakı olmadan.

Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!